Bakı. Trend:
“Leopard 2” tanklarını istehsal edən Almaniyanın “KNDS Deutschland” şirkəti Ukraynanın müdafiə şirkətlərindən biri ilə rəsmən birgə müəssisə açıb.
Trend xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye naziri German Smetanin bildirib.
"“KNDS Deutschland” ilə Ukraynanın müdafiə müəssisələrindən biri arasında birgə müəssisənin rəsmi açılışını elan etməkdən məmnunam", - deyə Smetanin əlavə edib.
Nazirin sözlərinə görə, yeni yaradılan şirkət alman şirkətinin Ukrayna Müdafiə Qüvvələrinə verdiyi hərbi texnikanın texniki xidməti və təmiri üzrə ixtisaslaşacaq.