Bakı. Trend:
İran və Azərbaycan arasında ikitərəfli münasibətlərin hərtərəfli inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır.
Trend-in məlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian bu gün (22 yanvar) Tehranda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə deyib.
Onun sözlərinə görə, iki ölkə arasında bank işləri üzrə əməkdaşlığın aparılması da diqqət mərkəzində saxlanıla bilər.
Əhmədian qeyd edib ki, əlaqələrin inkişaf etdirilməsi məqsədilə iki ölkənin müxtəlif qurumları arasında koordinasiyanın olunması və əməkdaşlığın aparılması əhəmiyyət kəsb edir.
Görüşdə həmçinin Cənubi Qafqazla əlaqədar proseslər müzakirə olunub.
Qeyd edək ki, Tehranda İran və Azərbaycanın Birgə İqtisadi Komissiyasının 2 günlük 16-cı iclası 21 yanvarda başlayıb.