Bakı. Trend:
Dünyanın ekoloji təmiz enerjiyə və elektrikləşdirməyə keçidi, kritiki vacib mineralları qlobal sənaye inkişafının təməlinə çevirir. Lakin tədarklə bağlı mövcud olan problemlər bu prosesi ləngidə bilər.
Trend xəbər verir ki, bu barədə Kanadanın “Teck” şirkətinin prezidenti və baş direktoru Conatan Prays Davosda Ümumdünya Ticarət Forumunun “Energetika və materialarrın geoiqtisadiyyatı” adlı paneltində etdiyi çıxışda danışıb.
“Hal-hazırda enerji keçidi ilə şərtlənən yüksək tələbata görə dağ-mədən sənayesinin inkişafı üçün ideal vaxtdır”,- deyə Prays bildirib.
“Kritiki vacib minerallar - elektrikləşdirmədən tutmuş süni intellektə kimi bütün meqatrendlərin təməlini təşkil edir. Misal üçün, dünyanın ən iri və tam formalaşmış bazarlarından birini - mis sektorunu götürsək, proqnozlara görə, bu kritiki vacib minerala olan tələbat növbəti onillik ərzində 25 faiz, 2040-cı ilə qədər isə 40 faiz artacaq”,-deyə Prays qeyd edib.
Praysın sözlərinə görə, mövcud tədarük problemləri başlıca əngəl olaraq qalmaqdadır.
"Hazırda fəaliyyət göstərən mədənlərdə faydalı qazıntıların tərkibi azalır, yeni yataqlar isə daha dərinlikdə yerləşir, aşağı mineral tərkibinə malikdirlər və mürəkkəb coğrafi zonalarda yerləşirlər. Gələcək mədənlər, məsələn, Argentinada 5 min metrdən çox yüksəklikdə olanlar, tikinti və istismar üçün inanılmaz çətinliklər yaradır", – deyə o əlavə edib.