...

İran Azərbaycandan elektrik enerjisi idxal edərək, əvəzində Naxçıvana elektrik enerjisi təhvil verməyə hazırdır

İqtisadiyyat Materials 22 Yanvar 2025 11:42 (UTC +04:00)
İran Azərbaycandan elektrik enerjisi idxal edərək, əvəzində Naxçıvana elektrik enerjisi təhvil verməyə hazırdır
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan, İran və Rusiyanın elektrik əlaqəsinin birləşməsində rola sahib olmaqla regionda güclü elektrik şəbəkəsi yarana bilər.

Trend-in məlumatına görə, bunu İranın energetika naziri Abbas Əliabadi 21 yanvarda Tehranda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə deyib.

Onun sözlərinə görə, Rusiya və İran tərəfləri elektrik enerjisi əlaqəsinin yaradılmasına hazır olduqlarını bildirirlər. Azərbaycan da bu əlaqənin qurulmasında əsas halqa kimi rola sahib ola bilər.

İranlı nazir deyib ki, İran və Azərbaycan arasında elektrik mübadiləsi üzrə infrastrukturların inkişaf etdirilməsi diqqət mərkəzində dura bilər. Bu istiqamətdə İran Azərbaycandan elektrik idxal edə və əvəzində Naxçıvana elektrik təhvil verməyə hazırdır.

Əliabadi qeyd edib ki, İran və Azərbaycan arasında Araz çayı üzərində Qız Qalası hidroqovşağının istifadəyə verilməsini nəzərə alaraq Qız Qalası Su Elektrik Stansiyasının təkmilləşdirilməsi prosesinin sürətləndirilməsi diqqət mərkəzində dura bilər.

“İranın Energetika Nazirliyi ölkənin Ətraf Mühit Təşkilatı ilə koordinasiya edərək Azərbaycanın Energetika Nazirliyi ilə əməkdaşlıq etməklə Ordubad və Marazad su bəndlərinin tikilməsi və istismara verilməsi üzrə ətraf mühitlə əlaqədar tədqiqatlar aparmağa hazırdır”, - deyə o qeyd edib.

Görüşdə Azərbaycan Baş nazirinin müavini şahin Mustafayev də bildirib ki, İran, Azərbaycan və Rusiya arasında elektrik layihəsinin tam və dəqiq şəkildə icra olunması üçün texniki və mühəndislik tədqiqatları aparılmalıdır. Üç ölkənin əməkdaşlığı ilə ən qısa mümkün zamanda bununla bağlı nəticənin əldə olunacağına ümid edilir.

Qeyd edək ki, Tehranda İran və Azərbaycanın Birgə İqtisadi Komissiyasının 2 günlük 16-cı iclası 21 yanvarda başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti