Bakı. Trend:
ABŞ dövlət departamenti ölkənin daxili və xaricində olan nümayəndəliklərinə, ABŞ bayrağından savayı hər hansı bayrağın ucaldılmasını qadağan edib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər departamentin müvafiq memorandumuna istinadən məlumat yayıb.
“Bu gündən etibarən həm ölkə daxilində, həm də xaricində fəaliyyət göstərən amerika qurumlarında yalnız Amerika Birləşmiş Ştatlarının bayrağı qaldırıla və ya nümayiş oluna, o cümlədən ABŞ hökumətinin materiallarında istifadə oluna bilər”, - sənəddə qeyd olunur.
Bildirilir ki, qaydanı pozan əməkdaşa intizam töhmətinin və ən pis halda isə həmin şəxslə bağlanmış əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulur.
Bu qərarlar LGBT və Black Lives Matter kimi hərəkatlara aid bayraqların ABŞ səfirliklərində qaldırılması qadağan edilib.