...

Trampın təhdidləri dünya birjalarında tənəzzülə səbəb olub

Dünya xəbərləri Materials 22 Yanvar 2025 15:45 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin prezidenti Donald Trampın Çin mallarına qarşı 10 faizlik gömrük rüsumu tətbiq etməklə hədələməsinin ardından Çin və Honq Konqun qiymətli kağzıları ucuzlaşmağa başlayıb.

Trend xəbər verir ki, bu barədə “Business Recorder” məlumat yayıb.

CSI 300 indeksi az qala 1% azalıb, Honqkonq fond birjasında isə “Hange Seng” indeksi isə altı gün ərzində müşahidə olunan yüksəlişin ardından 1,7% civarında tənəzzül edib.

Bundan başqa, Trampın Çinlə potensial “ticarət müharibəsi” təhdidləri metal bazarlarına da təsirsiz ötüşməyib. Sinqapur birjasında dəmir filizin fiçersləri 0,8 faiz aşağı düşərək, tonu $103.95 qədər azalıb.

London metal birjasında (LME) misin qiyməti isə 0,5% ucuzlaşaraq tonu $9,243-a düşüb. Həmçinin alüminum və nikel qiymətlərinin də ucuzlaşdığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti