Bakı. Trend:
Ötən il Azərbaycandan 18 milyon ABŞ dolları dəyərində 210 min ton neft koksu ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ildəki göstəricilərlə müqayisədə dəyər baxımından 40 milyon ABŞ dolları (69%), həcm ifadəsində isə 22,1 min ton (9,5%) azdır.
Dövr ərzində neft kokosu ixracı Azərbaycanın ümumi ixracının 0,17%-ni təşkil edib.
Həmçinin ötən il Azərbaycandan 220 min ABŞ dolları dəyərində 1 191 ton neft bitumu ixrac olunub ki, bu da ötən ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 246 min ABŞ dolları (52,8%), həcm ifadəsində isə 772 ton (39,3%) azdır.