...

İranla bağlanmış nüvə sazişi günümüzün reallığına uyğun gəlmir – Rafael Qrossi

Dünya xəbərləri Materials 22 Yanvar 2025 15:24 (UTC +04:00)
İranla bağlanmış nüvə sazişi günümüzün reallığına uyğun gəlmir – Rafael Qrossi
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Atom Enerji Agentliyinin baş direktoru Rafael Mariano Qrossi İranın nüvə proqramının idarəolunmasındakı əhəmiyyətli çətinliklərdən söz açıb və Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) məhdudluğunu vurğulayıb.

Trend xəbər verir ki, o, Davosda Ümumdünya İqtisadi Forumu çərçivəsində keçirilən “Qlobal Təhlükəsizliyin Kubik-Rubiki” mövzulu panel müzakirələrində bildirib ki, hal-hazırda İran nüvə silahına sahib olmasa belə, 2018-ci ildə JCPOA-nın deqredasiyaya uğramağa başladığı andan etibarən Tehran öz nüvə proqramını əhəmiyyətli dərəcədə genişlənib.

“2018-ci ilin situasiyasını 2025-ci illə müqayisə etsək, İranın nüvə fəaliyyəti bütün istiqamətlərdə genişlənib. Bu açıq aydın onu göstərir ki, JCPOA indiki halında daha hədəflərə uyğun gəlmir və bizim sözügedən müqavilənin yeni strukturunu nəzərdən keçirməyimiz vacibdir”,- deyə o bildirib.

Qrossi qeyd edib ki, JCPOA-nın təməlində duran və əvvəl qarşılıqlı güzəştlərə əsaslanan tranzaksiya fəlsəfəsi hələ də aktual qalmaqdadır. Habelə, onun sözlərinə görə, geosiyasi landşaftın dəyişdiyi nəzərə alınsa, yeni müqavilə əhəmiyyətli düzəlişlər tələb edəcək.

“Biz danışıq iştirakçılarının strukturu və tərkibini təkrar nəzərdən keçirlməliyik. Dinamika dəyişib, əsas oyunçular arasında ümumi anlaşmanın olmaması isə prosesi çətinləşdirir” ,-deyə Qrossi bildirib.

Qrossi danışıqların ənənəvi iştirakçıları o cümlədən, 5+1 formatının dövlətləri (BMT TŞ-nın beş daimi üzvü üstəgəl Almaniya) arasında ixtilafların artmasına da eyham vurub.

“Keçmişdə, müəyyən fikirayrılıqlarının olmasına rəğmən, təməl səviyyədə razılaşma var idi . İndi isə bu təməl də daha yoxdur”, -deyə o qeyd edib.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti