...

MAQATE rəhbəri qlobal gərginliklər fonunda nüvə təhdidlərinin artmasından danışıb

Gündəm Materials 22 Yanvar 2025 14:53 (UTC +04:00)
MAQATE rəhbəri qlobal gərginliklər fonunda nüvə təhdidlərinin artmasından danışıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Mariano Qrossi nüvə silahlarının yayılmaması normalarının zəifləməsi ilə bağlı ciddi narahatlıq ifadə edib.

Trend-in məlumatına görə, baş direktor Davosda Ümumdünya İqtisadi Forumu çərçivəsində keçirilən “Qlobal Təhlükəsizliyin Kubik-Rubiki” mövzulu panel müzakirələrində bildirib ki, geosiyasi gərginliyin artması nüvə silahsızlaşdırma va yaymama məsələlərində əldə olunmuş beynəlxalq konsensusa ağır zərbə vurur.

“Əsas dövlətlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü arasında əvvəl mövcud olmuş ortaq məxrəclər, artıq yoxa çıxıb. Təəsüflər olsun ki, geostrateji gərginliyin artdığı dövrlərdə, nüvə silahları daha cəlbedici olmağa başlayır” , - deyə o qeyd edib.

Bundan başqa o, Yaxın Şərqdə, əsasən də İrana münasibətdə olan qeyri-müəyyənliyi vurğulayıb.

“Düzdür, İran nüvə silahına malik deyil, amma onlarda bu “tapmacanın” çoxlu elementləri var”, - deyə Qrossi əlavə edib.

Onun sözlərinə görə, belə situasiya, regionun ölkələrini, o cümlədən NATO müttəfiqlərini, İranın nüvə silahı əldə edəcəyi təqdirdə, onların da belə kütləvi qırğın silahı əldə etmək niyyətini açıqcasına ifadə etməsinə şərait yaradır.

Qrossi nüvə sınaqlarla bağlı qlobal moratoriuma olan təhdidlərin artmasına narahatlıq ifadə edib.

“Rusiyanın Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Edilməsi Müqaviləsindən çıxmaq qərarı və ABŞ-də sınaqların bərpası ilə bağlı müzakirələr bu məsələ ilə bağlı mövcud uzunmüddətli beynəlxalq konsensusu sarsıdır”-, deyə o əlavə edib.

Qrossinin sözlərinə görə, Asiyada isə Cənubi Koreya və Yaponiya kimi ölkələrdə nüvə silahına sahib olmaq imkanları ilə bağlı ictimai müzakirələr aparılır.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti