...

Tehrandakı səfirliyimizə hücum edən şəxsin edamı ilə bağlı qərar təsdiqlənib

Siyasət Materials 22 Yanvar 2025 15:11 (UTC +04:00)
Tehrandakı səfirliyimizə hücum edən şəxsin edamı ilə bağlı qərar təsdiqlənib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

Trend-in məlumatına görə, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Əsğər Cahangir bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Cahangir deyib ki, cinayət işi icra olunması üçün məhkəməyə göndərilib. Məhkəmə zərərçəkənlərin yaxınlarını dəvət edəcək. Zərərçəkənlər edamın icrasını tələb etdiyi halda, cinayət işi icra olunması üçün əlaqədar quruma göndəriləcək.

Xatırladaq ki, 27 yanvar 2023 tarixdə Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı törədilib. Terror aktı nəticəsində Səfirliyin bir əməkdaşı şəhid olub, daha 2 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti