Bakı. Trend
İqlim dəyişikliyi ekosistemə təsir edir və müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır.
Trend xəbər verir ki, bunu bu gün Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sosial və Mədəni İnkişaf komitəsinin üzvü Güldara Nurimova TURKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası zamanı onlayn çıxışında deyib.
O bildirib ki, tibb işçiləri iqlim dəyişikliyinin sağlamlığa təsiri mövzusunda marifləndirilməlidir.
"Biz birlikdə hərəkət edərək iqlim dəyişikliklərinin gələcəyimizə etdiyi mənfi təsirdən qoruna bilərik", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilir.