Bakı. Trend:
Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılacaq.
Trend xəbər verir ki, bu məsələ bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında müzakirə edilən “Mühasibat uçotu haqqında” qanuna təklif edilərək dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “e-mühasibat” informasiya sistemi aşağıdakıları təmin edir:
- mühasibat uçotu subyektləri tərəfindən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim
edilməli olan maliyyə hesabatlarının “Elektron imza və elektron
sənəd haqqında” qanuna uyğun olaraq elektron qaydada təqdim
edilməsini;
- mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün bu
Qanunda nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində
dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunu tənzimləyən hüquqi
aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrində dərc edilmiş elektron mətnlərinə keçidinin, mühasibat
uçotunun aparılmasını təmin edən proqram təminatlarının və
maarifləndirici məlumatların yerləşdirilməsini.