Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Nazirliyi ölkənin hüquq-mühafizə orqanlarına daha geniş səlahiyyətlər verərək, onların məhkəmə qərarı olmadan qanunsuz mühacirləri ölkədən deportasiya etməsinə icazə verib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, məqsəd deportasiya prosesini sürətləndirməkdir.
“Bu dəyişiklik nəticəsində ölkənin milli və ictimai təhlükəsizliyi möhkəmlənəcək və miqrasiya ilə bağlı operativ qərarların qəbul olunmasına vasitəçiyilin hesabına dövlətin məsrəflərləri azalacaq”, - məlumatda qeyd olunub.
Qeyd edilir ki, bu qərar Birləşmiş Ştatlar ərazisinə daxil olmaq və orada yaşamaq, həmçinin, deportasiyaya qarşı toxunulmazlıq hüququ olmayan şəxslərin ölkədən operativ şəkildə çıxarılmasını təmin edəcək.