Bakı. Trend:
"Mançester Siti"nin təcrübəli müdafiəçisi Kayl Uoker icarə əsasında İtaliyanın "Milan" klubunda çıxış edəcək.
Trend xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Razılaşmaya əsasən, "Milan" klubu 34 yaşlı müdafiəçi ilə müqavilənin müddətini 2027-ci ilin iyun ayına qədər uzatmaq hüququna malik olacaq.
Qeyd edək ki, Kayl Uoker cari mövsümdə bütün turnirlərdə 18 oyunda meydana çıxıb.