Bakı. Trend:
Məktəblərdə 5 gün dərs olmayacaq.
Bu barədə Trend-ə Məktəbəqədər
və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat
verilib.
Bildirilib ki, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025 tədris ili üzrə qış tətili başlayacaq.
"Tətildən sonra ilk dərs günü 1 fevral tarixində olacaq.
Bu qərar ümumi təhsil müəssisələrinin hazırlıq qruplarına da şamil edilir", - məlumatda qeyd olunub.
Qeyd edilir ki, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 3 fevral, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 1 fevral 2025-ci il tarixi tətildən sonra ilk iş günüdür.