...

Əli Əsədov fəaliyyət müddəti başa çatan Cahit Bağçını qəbul edib

Siyasət Materials 22 Yanvar 2025 19:45 (UTC +04:00)
Əli Əsədov fəaliyyət müddəti başa çatan Cahit Bağçını qəbul edib
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Yanvarın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdəki fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Əli Əsədov iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin yüksək səviyyəsi təqdir edilib, iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti