...

Tbilisidə Gürcüstan hökumətinə qarşı növbəti etiraz aksiyası keçirilir

Dünya xəbərləri Materials 22 Yanvar 2025 22:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə etiraz aksiyası davam edir.

Trend xəbər verir ki, qanunvericilik binası qarşısına 1000-dən çox insan toplaşıb. Etirazçılar Rustaveli prospektində yolun hərəkət hissəsini bağlayıb və nəqliyyatın hərəkətini tamamilə dayandırıblar. Bəzi iştirakçılar isə parlament binasının qarşısındakı piyadalar üçün ayrılmış ərazidə yerləşiblər.

Son bir neçə həftə ərzində olduğu kimi, aksiya dinc şəraitdə keçirilməkdədir.

Etirazlar, baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesinin dondurulduğunu bəyan etməsindən sonra, noyabrın 28-dən başlayaraq intensivləşib.

Xəbər lenti

Xəbər lenti