Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ölkənin cənub sərhədindən qeyri-qanuni mühacirlərin girişini qadağan edən fərman imzalayıb.
Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Yeni fərmana əsasən:
Daxili Təhlükəsizlik Departamenti, Ədliyyə Departamenti və
Dövlət Departamenti qeyri-qanuni mühacirlərin ABŞ sərhədindən
keçməsinin qarşısını almaq üçün birgə işləməlidir.
Bu şəxslərin dərhal ölkədən çıxarılması və repatriasiyası təmin
edilməlidir.
Qeyri-qanuni mühacirlərin sığınacaq tələbləri ilə ABŞ-da qalmaq
hüquqları ciddi şəkildə məhdudlaşdırılacaq.
Bundan əvvəl Tramp, 90 gün müddətində ABŞ daxilində hüquq-mühafizə funksiyalarını həyata keçirmək üçün silahlı qüvvələrdən istifadəyə imkan verən qanunvericiliyin tətbiqi məsələsini də nəzərdən keçirmək barədə göstəriş verib.
Bu sərt tədbirlər mühacirət siyasətinin sərtləşdirilməsi istiqamətində administrasiyanın atdığı növbəti addım kimi qiymətləndirilir.