...

Ədən körfəzində qaçırılan "Galaxy Leader" gəmisinin dənizçiləri azad edildi - Filippin prezidenti

Dünya xəbərləri Materials 23 Yanvar 2025 06:28 (UTC +04:00)
Ədən körfəzində qaçırılan "Galaxy Leader" gəmisinin dənizçiləri azad edildi - Filippin prezidenti
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Filippin Prezidenti Ferdinand Markos 2023-cü ilin noyabrında Ədən körfəzində qaçırılan "Galaxy Leader" yük gəmisindən 17 filippinli dənizçinin azad edildiyini təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə Ferdinand Markos X platformasında paylaşım edərək bildirib.

“Mən Yəməndə bir ildən çox əsirlikdə qaldıqdan sonra 17 filippinli dənizçinin və "Galaxy Leader" ekipajının qalan hissəsinin azad edildiyini elan etməkdən məmnunam. Filippinli dənizçilərimiz hazırda Filippinin Maskatdakı səfirliyinin himayəsindədirlər və tezliklə vətənə qayıdaraq yaxınlarına qovuşacaqlar.”

Xatırladaq ki, yanvarın 22-də Yəməndə Husilərin Ənsar Allah hərəkatı Fələstinin HƏMAS təşkilatı ilə koordinasiya və Omanın vasitəçiliyi ilə "Galaxy Leader" ekipajının sərbəst buraxıldığını elan etmişdi. Husilərə məxsus Al Masirah telekanalının verdiyi məlumata görə, azad edilən ekipaj üzvləri hazırda Omana təxliyə edilib.

Xəbər lenti

Xəbər lenti