Bakı. Trend:
Kolumbiyanın Buenaventura limanında ölkənin tarixindəki ən böyük kokain müsadirələrindən biri həyata keçirilib.
Trend-in məlumatına görə, Kolumbiya Prezidenti Qustavo Petro bildirib ki, Milli Polis 8,2 ton kokaini müsadirə edib. Bu, ölkə tarixindəki ən böyük kokain müsadirələrindən biridir.
Kolumbiya artıq bu ay ərzində ümumilikdə 24 ton kokainin qaçaqmalçılıq cəhdinin qarşısını alıb. Ölkədə 2024-cü ildə ümumilikdə 848,5 ton kokain müsadirə edilib ki, bu da 2023-cü il ilə müqayisədə 14% çoxdur.
Kolumbiya hakimiyyətinin narkotik qaçaqmalçılığına qarşı mübarizəsi ölkənin gələcək təhlükəsizliyi baxımından çox vacib addımlardan biridir.