...

Doktorantura səviyyəsinin birə endirilməsi təklif edilib

Cəmiyyət Materials 23 Yanvar 2025 14:33 (UTC +04:00)
Doktorantura səviyyəsinin birə endirilməsi təklif edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda doktorantura səviyyəsinin birə endirilməsi təklif edilib.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin bu gün keçirilən iclasında deyib.

"Qarşıda yeni vəzifələr durur. Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də dünyada yeni tendensiyalar baş verir. Önəmli məsələlərdən bir də Ali təhsil haqqında Azərbaycan Respublikası Qanunun qəbuludur. Təhsil ictimaiyyəti Qanunun qəbulunu səbirsizliklə gözləyir. Qanunda bir çox mühüm məsələlər var. Onlardan biri də Doktorantura səviyyəsinin 1-ə endirilməsidir. İnanıram ki, tezliklə Qanun qəbul ediləcək və bu təhsilimizin inkişafına öz töhfəsini verəcək", - o bildirib.

Ceyhun Məmmədov Milli Məclisdə Elm və Təhsil Nazirliyi ilə birgə dinləmənin keçirilməsini də təklif edib:

"Birgə dinləmənin keçirilməsini təklif edirəm. Düşünürəm fikir mübadiləsi üçün bu çox önəmli məslədir", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti