...

Elnur Rzayev Həcc ziyarətindən qayıdan şəhid anasını evində ziyarət edib (FOTO)

Gündəm Materials 19 Fevral 2025 17:17 (UTC +04:00)
Elnur Rzayev Həcc ziyarətindən  qayıdan şəhid anasını evində ziyarət  edib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Həcc ziyarətindən qayıdan şəhid anası Lalə Əskərovanı evində ziyarət edib.

Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, Elnur Rzayev şəhid anasına xoş arzularını çatdırıb, ailənin qayğıları ilə maraqlanıb.

Görüş zamanı şəhidlərimizin qısa, ancaq şərəfli ömür yolundan geniş söhbət açılıb, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışılıb.

Şəhid ailəsi göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, şəhid Əskərov Xəqani Səfa oğlu Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “ Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti