Bakı. Trend:
Audiovizual Şuranın qərarı ilə “Digitürk Azərbaycan” MMC-yə universal platforma operatoru lisenziyası verilib.
Trend xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Bildirilib ki, aprelin 21-i Audiovizual Şurasının onlayn iclası keçirilib. İclasda lisenziya verilməsi ilə əlaqədar Audiovizual Şuraya "Digitürk Azərbaycan" MMC tərəfindən edilmiş müraciət müzakirə olunub.
Qeyd edilib ki, sənədlərə və müvafiq şöbələrin hazırladıqları rəylərə baxışdan sonra "Digitürk Azərbaycan" MMC-yə (operator xidmət adı: "Digitürk Azərbaycan") universal platforma operatoru lisenziyasının verilməsi barədə qərar qəbul olunub.