...

Ombudsmanın əməkdaşları Əfv Sərəncamının icrası prosesində iştirak ediblər (FOTO)

Gündəm Materials 26 May 2025 19:30 (UTC +04:00)
Ombudsmanın əməkdaşları Əfv Sərəncamının icrası prosesində iştirak ediblər (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış növbəti Əfv Sərəncamının icrası prosesində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları da iştirak ediblər.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Ombudsmanın nümayəndələri Əfv Sərəncamının icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1, 2, 6, 10, 11, 15, 17 saylı cəzaçəkmə müəssisələrində və 2 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsində olublar.

Bildirilir ki, müəssisələrdə əfv olunmuş şəxslərə azadlığa çıxmaları haqqında sənədlər təqdim edilib və onlar penitensiar müəssisələrdən azad olunmuş şəxslərin hüquqlarının təmin edilməsi, onların cəmiyyətə inteqrasiyası və sosial adaptasiyası üçün ölkəmizdə yaradılmış imkanlardan istifadə etməyə, dövlətçiliyə sadiq qalmağa çağırılıb.

Əfv olunan şəxslər insan hüquqları sahəsində humanist addımlara görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, əfv olunmuş şəxslər sırasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin vəsatəti əsasında müvafiq siyahıya salınmış şəxslər də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti