...

ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında sülhməramlı etiraz aksiyası keçirilib

Hadisə Materials 19 Oktyabr 2007 15:57 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında sülhməramlı etiraz aksiyası keçirilib

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Dalğa Gənclər Hərəkatının fəallarından və Bakıda təhsil alan Türkiyəli tələbələrdən ibarət bir qrup gənc cümə günü ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında dinc etiraz aksiyası keçirib. Trend in müxbirinin verdiyi məlumata görə, səfirliyin qarşısı polis əməkdaşları ilə əhatə olunsa da, qısamüddətli aksiyanın keçirilməsinə imkan verildi. Gənclər ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici Komitəsinin qondarma "erməni soyqırımını" tanıyan qərar çıxarmasına etirazlarını bildiriblər. Aksiyada bu fikirləri əks etdirən qətnamə oxunub. Gənclər əllərində Türkiyənin bayrağı, qondarma "soyqırımın" tanınmasına etiraz şüarları yazılmış plakatlar olub. Gənclər, həmçinin, sülh tərəfdarı olduqlarını nümayiş etdirmək üçün, havaya 2 ağ göyərçin uçurublar.

Digər ölkələrin səfirlikləri qarşısında keçirilən aksiyalardan fərqli olaraq, ABŞ səfirliyinin bir neçə əməkdaşı aksiyaçılar arasında idi. ABŞ səfirliyinin iqtisadi-siyasi məsələlər üzrə müşaviri xanım Joan Polaşik gənclərlə söhbət edib və bildirib ki, o, gənclərin dinc şəkildə öz etirazlarını bildirməsinə və bu sülhməramlı toplantıya imkan yaradılmasına çox sevinir. O bildirib ki, "erməni soyqırımı ilə bağlı qərar, hələ ABŞ Konqresi və Senat tərəfindən təsdiqlənmədiyi üçün, hələ qüvvəyə minməyib. "ABŞ Konqresi qərar qəbul etmək üçün tam müstəqil bir qurumdur və mən onun fəaliyyətinə qiymət verə bilmərəm. Amma ABŞ Türkiyə ilə etibarlı tərəfdaş olmasından çox məmnundur",- deyə xanım Polaşik bildirib. Diplomat aksiyanın qətnaməsini gənclərdən qəbul edib və özü ilə səfirliyə aparıb.

Gənclərin aksiyası dinc şəkildə başa çatıb.

Xəbər lenti

Xəbər lenti