...

Masallıda ov zamanı bir dost digərini ehtiyyatsızlıqdan güllə ilə vurub

Hadisə Materials 17 Dekabr 2007 10:41 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend P.Əlieva/ Masallıda ov zamanı bir dost digərini ehtiyyatsızlıqdan güllə ilə vurub.

Uzun illər dostluq edən Lənkəran sakinləri 26 yaşlı Emil Şükürov və 32 yaşlı Vüqar Zülfüqarov qonşu rayona ova gediblər. Ov zamanı atəş açan Zülfüqarovun gülləsi dostunun başına dəyib. E.Şükürov aldığı güllə yarasından yerindəcə keçinib. Dostunun öldüyünü görən Zülfüqarov onun cəsədini maşına qoyub Lənkəran rayon polis idarəsinə yollanıb. Lakin hadisə Massallı rayon ərazsində baş verdiyinə görə iş istintaq aparılması üçün Masallı Prokurorluğuna göndərilib. Masallılının məkkəmə-tibb eksperti Tofiq Mirzəyev bildirib ki, ölümə səbəb onun başından yaralanması olub. İşi aparan müstəntiq Cəlil Mahmudov bildirib ki, hadisə yerində araşdırma aparılır. Qətl silahı götürülüb və ballistik ekspertizaya göndərilib. Saxlanılan Zülfüqarov ifadə verən zaman bildirib ki, dostunu ehtiyyatsızlışq səbəbindən öldürüb. Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məccəlləsinin 124.1 maddəsi üzrə cinayət işi qaldırılıb. İstintaq aparılır.

Xəbər lenti

Xəbər lenti