Azərbaycan, Bakı 30 yanvar/ Trend müxbir İ.Əlizadə/
Azərbaycan Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təlim-döyüş təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi qaldırıb. Bu barədə çərşənbə günü Trend ə Hərbi Prokurorluqdan məlumat verilib.
Hərbi Prokururluqdan bildirilib ki, istintaq sirri olduğuna görə, cinayət işinin hansı maddələrlə qaldırıldığı açıqlanmır.
Məlumatda qeyd olunub ki, hərbi prokuror, general Xanlar Vəliyev dünən hadisə baş verən əraziyə baş çəkib.
Yanvarın 29-da Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təlim-döyüş təyyarəsi Xızı rayonunun Şurabad qəsəbəsi yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin pilotları-Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. Qəzaya uğrayan təyyarə dənizə düşüb. Həlak olan pilotların meyidləri hələ də tapılmayıb. Hadisə yerində Müdafiə və Fövqəlada Hallar nazirliklərinin xilasetmə qüvvələri işləyir.
Hadisənin baş vermə səbəbləri hazırda araşdırılır.