Azərbaycan, Lənkəran, 26 iyun / Trend müxbir P.Əliyeva/ Bu gün səhər saat 4 radələrində Masallı-Boradigah-Lənkəran yolunun Qəzinoba kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Lənkəranın Girdəni kənd sakini 44 yaşlı Əsgərov Vidadi Nayib oğlunun idarə etdiyi QAZ 53 markalı 42 BG 991 yük avtomobili ilə Masallının Şatıroba kəd sakini 34 yaşlı Səfərov Bəhruz Feyruz oğlunun idarə etdiyi vaz 21-07 42 BX 517 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə QAZ-53 idarəetməni itirərək yol kənarındakı yüksək gərginlikli elektrik dirəyinə dəyərək onu aşırıb və yaxınlıqdakı mağazaya girib. QAZ 53-ün sərnişini Girdəni kənd sakini 45 yaşlı Şabanov Ağagül Həmzə oğlu sürücü tərəfindən Lənkəran RMX-na çatdırılsa da orda dünyasını dəyişib. "Jiquli" avtomobilindəki 4 sərnişin xəsarət alaraq Masallı RX-na yerləşdiriliblər. Masallı RPŞ-dən hadisəyə səbəb olaraq QAZ-53-ün yüksək sürətlə hərəkət etməsini bildiriblər.
Faktla bağlı cinayət işi başlanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]