...

Ağır yol - nəqliyyat qəzasında Azərbaycan ordusunun bir əsgəri dünyasını dəyişib

Hadisə Materials 29 Sentyabr 2008 12:04
Ağır yol - nəqliyyat qəzasında Azərbaycan ordusunun bir əsgəri dünyasını dəyişib

Trend-i buradan izləyin

Azərbaycan, Gəncə, 29 sentyabr/ Trend , müxbir V. Məmmədov/

Gəncədə baş verən ağır yol - nəqliyyat qəzasında Azərbaycan ordusunun bir əsgəri dünyasını dəyişib. Trend -un bölgə müxbirinə bu barədə Gəncə şəhər Polis İdarəsinin müstəntiqi Füzuli Yusifov məlumat verib. Onun sözlərinə görə, bazar günü şəhərin Şah İsmayıl Xətai prospektində 50 BR 836 dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobil 20 CH 775 dövlət nömrə nişanlı Mersedes avtomobili ilə toqquşub. VAZ 2107 markalı avtomobildə olan N saylı hərbi hissənin 4 əsgərindən biri - Fariz Aslanov hadisə yerində dünyasını dəyişib. Digər 3 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Müstəntiq onların vəziyətinin ağır olduğunu bildirib.

1986 - cı il təvəllüdlü Fariz Fəyyaz oğlu Aslanov Ağcəbədi rayonundan hərbi xidmətə çağırılıb.

Mersedesin sürücüsü və bir sərnişinin heç bir xəsarət almadığını deyən Yusifov faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açıldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti