...

Bakıda iki nəfər dərmandan zəhərlənərək ölüb

Hadisə Materials 15 Oktyabr 2008 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir S. Kazımlı / Azərbaycan paytaxtında iki nəfər dərmandan zəhərlənərək ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, oktyabrın 11-də 1-ci Yasamal küçəsində yaşayan Samirə Yəhyayeva dərmandan zəhərlənmə ilə xəstəxanaya aparılıb və oktyabrın 14-də orada ölüb. Faktla bağlı araşdırma aparılır.

Oktyabrın 13-də Əzizbəyov rayonunun Binə qəsəbə sakini Xəyal Heydərov dərmandan zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti