...

Azərbaycanın şimal-qərb bölgəsində ağır yol qəzası baş verib, ölənlər var

Hadisə Materials 13 Yanvar 2009 12:04 (UTC +04:00)

Azərbaycan, Şəki, 13 yanvar / Trend , müxbir X.Əliyeva / Azərbaycanın şimal-qərb bölgəsində iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib, çərşənbə axşamı Trend -a Balakən rayon Polis Şöbəsinin rəis müavini Loğman Əliyev məlumat verib.

Əliyev bildirib ki, dünən axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan yolunun 146-cı kilometrliyində Balakən rayonunun (Bakıdan 447-ci kilometr aralı) Katex kəndi istiqamətində İtotala kənd sakini 1942-ci il təvəllüdlü Üzeyir Məhərrəm oğlu Musayevin idarə etdiyi "VAZ-21 063" markalı 08-BB-828 nömrə nişanlı avtomobillə "Kamaz" markalı avtomobil toqquşub.

Nəticədə"VAZ-21 063" markalı avtomobilin sürücüsü Musayev hadisə yerində, həyat yoldaşı 1948-ci il təvəllüdlü Züleyxa Uluxan qızı Hacıyeva isə xəstəxanada ölüb. Avtomobildə olan digər üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İlkin versiyaya görə, hadisə "Kamaz"ın digər avtomobilin yoluna çıxması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]



Xəbər lenti

Xəbər lenti