...

İmişli rayonunda "VAZ-2106" kanala düşüb, 4 nəfər həlak olub

Hadisə Materials 8 Mart 2009 16:26 (UTC +04:00)

Martın 8-i gecə saatlarında İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Vesti İnterfaks informasiya agentliyinə istinadən xəbər verir.  

"Hərbi hissələrdən birinin həkimi Rəşid Qambarçayevin yüksək sürətlə idarə etdiyi "VAZ-2106" markalı avtomobil İmişli rayonunun Qaradonlu körpüsündən kanala aşıb", agentliyə respublikanın Daxili İşlər Nazirliyindən məlumat veriblər.  

Beş nəfərin olduğu avtomobildən yalnız bir nəfər - 1981-ci il doğumlu gənc -  xilas ola bilib. Qambarçov, onun həyat yoldaşı və iki azyaşlı uşağı həlak olublar.

Xəbər lenti

Xəbər lenti