...

Naxçıvan Muxtar Respublikasında liftdə aparılan təmir işləri ölümlə nəticələnib

Hadisə Materials 16 Mart 2009 10:32 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 16 mart / Trend , müxbir E.Məmmədov /

Naxçıvan Muxtar Respublikasında liftdə aparılan təmir işləri bədbəxt hadisəyə səbəb olub.

Trend -un məlumatına görə, martın 15-də gündüz saatlarında Naxçıvan şəhərindəki Heydər Əliyev prospektindəki 9 mərtəbəli binanın lift otağında təmir işləri aparan şəhər sakini, 48 yaşlı Cəlilov Eyvaz ehtiyatsızlıq üzündən dünyasını dəyişib.

Cəlilov liftin təmir otağından yıxılıb. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti