...

Azərbaycan paytaxtında terrorla bağlı yalan məlumat verən ruhi xəstə saxlanılıb

Hadisə Materials 21 İyul 2009 13:38 (UTC +04:00)
Azərbaycan paytaxtında terrorla bağlı verilən məlumat təsdiqini tapmayıb.

Azərbaycan, Bakı, 21 iyul / Trend , muxbir K. Zərbaliyeva /

Azərbaycan paytaxtında terrorla bağlı verilən məlumat təsdiqini tapmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, dünən saat 15.00 radələrində naməlum şəxs DİN-in 112 xidmətinə zəng edərək Bakı şəhərinə qaraçılar tərəfindən bomba qoyulması barədə məlumat verib.
Məlumatla əlaqədar müvafiq tədbirlər görülüb və xəbərin yalan olduğu məlum olub.
Yalan məlumatın A.Gəyraybəyli küçəsindəki 3 saylı yataqxanada yaşayan ruhi xəstə Sakit Allahverdiyev tərəfindən verilməsi müəyyən edilib. Allahverdiyev saxlanılıb.
Son vaxtlar respublikanın ayrı-ayrı rayonlarında və Bakıda terror aktlarının baş verəcəyi ilə bağlı polisə verilən yalan məlumatların sayı artıb.


Məqalə muəllifi ilə əlaqə unvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti