Azərbayacan, Bakı, 31 avqust / Trend , müxbir K.Zərbalıyeva /
Red: ilk üç abzas əlavə olunub .
"ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin vəziyyəti stabildir", - bazar ertəsi Trend -a Mərkəzi Klinikanın baş direktorunun müavini Ceyhun Topçubaşov bildirib.
"Vahid Mustafayev xəstəxanaya kəllə-beyin travması ilə daxil olub. Ona tibbi yardım göstərilib, hələ ki əməliyyata ehtiyac yoxdur. Vahid Mustafayevin vəziyyəti stabildir ", - Mərkəzi Klinikanın baş direktorunun müavini bildirib.
ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev (Naxış) bazar günü axşam saatlarında Bakı-Qazax yolunun Nəvai qəsəbəsi ərazisində ağır yol gəzasına düşüb. Mustafayev qardaşı Çingiz Mustafayevin doğum günü ilə əlaqədar keçirilən tədbirdən Bakıya qayıdırmış.
Trend məlumatına əsasən, qəzada Mustafayevlə birgə daha üç nəfər xəsarət alıb. Onlar ANS şirkətlər qrupunun prezidentinin müşaviri Mais Məmmədov, şirkətin əməkdaşı Yuri Stepanoviç, Şirkətin nəzdindəki "Nara" moda evinin direktoru Renara Şəmsiyeva olub. Onlar ağrı travma ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
ANS şirkətlər qrupunun prezidentinin müşaviri Trend -a hadisəni təsdiqəyib.