...

Azərbaycan paytaxtında iki avtomobil toqquşub, həlak olanlar var

Hadisə Materials 25 Noyabr 2009 11:35 (UTC +04:00)
Bu gecə Bakıda iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.
Azərbaycan paytaxtında iki avtomobil toqquşub, həlak olanlar var

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir M.Əliyev/

Bu gecə Bakıda iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.

YNH gecə yarı Maştağa-Zabrat yolunda baş verib. Bilgəh qəsəbə sakini 35 yaşlı Əsgər Hüseynovun idarə etdiyi "Moskviç" markalı maşın Bakı sakını 20 yaşlı Əli Salmanovun idarə etdiyi "Mercedes" markalı maşınla toqquşub. Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Elxan Zahidov Trend -a bildirilib. Nəticədə Hüseynov və onun 59 yaşlı anası Rəna Hüseynova hadisə yerindəcə vəfat ediblər.

"Moskviç" maşının digər sərnişinləri - sürücünün həyat yoldaşı Səadət Hüseynova, altı yaşlı oğlu Hüseyn və beş yaşlı oğlu Kamran orta ağır bədən xəsarəri ilə xəstəxanaya yerləşdirilib.

Sabunşu rayon Polis İdarəsi faktla bağlı tədqiqat aparır.

Xəbər lenti

Xəbər lenti