...

Azərbaycanın Xocavənd rayonu ərazisində mina partlaması nəticəsində bir nəfər xəsarət alıb

Hadisə Materials 4 Sentyabr 2010 13:41 (UTC +04:00)
Xocavənd rayonu ərazisində Neftçala sakini minaya düşməsi nəticəsində xəsarət alıb.
Azərbaycanın Xocavənd rayonu ərazisində mina partlaması nəticəsində bir nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir H.Bağırov/

Azərbaycanın Xocavənd rayonu ərazisində Neftçala sakini minaya düşməsi nəticəsində xəsarət alıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şənbə günü yaydığı məlumata görə, sentyabrın 3-də saat 15:30 radələrində Xocavənd rayonunun "Nərgiz-təpə" adlanan ərazisində, Neftçala rayon sakini Əli Mirzəyev "MTZ-1221" markalı traktorla topraq sahəsini şumlayarkən minaya düşüb.

Baş vermiş partlayışdan xəsarət alan Mirzəyev xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Xəbər lenti

Xəbər lenti