Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir M.Əliyev/
Cümə axşamı səhər Azərbaycanın Zaqatala şəhərindən 46 kilometr cənub-şərqdə Rixter şkalası ilə 3,8 bal gücündə zəlzələ baş verib. Bu barədə cümə axşamı Respublika Seysmoloji Xidmət Mərkəzinin saytında dərc olunmuş məlumatda deyilir.
Zəlzələnin episentri Gürcüstan ərazisində yerləşib. Zəlzələnin ocağı 12 kilometr dərinlikdə olub.