...

Azərbaycanda baş redaktor ölümlə hədələnib

Hadisə Materials 27 Noyabr 2010 12:58 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şənbə günü yaydığı məlumata görə, noyabrın 26-da saat 12:56-da redaksiyası Yasamal rayonu ərazisindəki Hüseyn Cavid prospekti, 558-ci məhəllədə yerləşən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev nazirliyin "102" xidmətinə zəng edərək bu barədə məlumat verib.
Azərbaycanda baş redaktor ölümlə hədələnib

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda "Gündəlik Bakı" qəzetinin baş redaktoru ölümlə hədələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şənbə günü yaydığı məlumata görə, noyabrın 26-da saat 12:56-da redaksiyası Yasamal rayonu ərazisindəki Hüseyn Cavid prospekti, 558-ci məhəllədə yerləşən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev nazirliyin "102" xidmətinə zəng edərək bu barədə məlumat verib.

O, məlumatda qeyd edib ki, noyabrın 25-də saat 21:20 radələrində redaksiyanın telefonlarına zəng etmiş naməlum şəxslər "redaksiyanı partladacağıq, sizi yox edəcəyik" deyə hədə-qorxu gəliblər. Noyabrın 26-da isə özünü təqdim etməmiş qadın zəng edərək həmin adamın Ağa adlı şəxsin qohumu olduğunu bildirib.

Vəliyev noyabrın 25-də Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə ərizə ilə müraciət edərək naməlum şəxsin redaksiyaya zəng edərək redaksiyanı partladacağı və onları öldürəcəyi ilə hədələdiyini xəbər verib.

Xəbər lenti

Xəbər lenti