...

Masallı rayon Telekommunikasiya Qovşağı binasının dağılması ilə bağlı cinayət işi başlanıb

Hadisə Materials 8 Fevral 2011 10:45 (UTC +04:00)
Masallı rayon Telekommunikasiya Qovşağı binasının dağılması ilə bağlı cinayət işi başlanıb.
Masallı rayon Telekommunikasiya Qovşağı binasının dağılması ilə bağlı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Masallı rayon Telekommunikasiya Qovşağı binasının dağılması ilə bağlı cinayət işi başlanıb.

Masallı rayon prokurorluğundan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə (124.2-ci) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, hadisənin baş vermə səbəblərini müəyyənləşdirmək üçün işçi qrup yaradılıb.

Dünən günorta saatlarında Masallı rayon Telekommunikasiya Qovşağı binasının divarlarının çökməsi nəticəsində binanın bir hissəsi dağılıb.

Dağıntılar altından iki nəfərin - Kişvər Şahverdiyeva və Asim Əliyevin meyiti çıxarılıb. Hadisə zamanı İbadət Quliyev, Ziyafət Məmmədov, İlkin İbişov, Natiq Məmmədov xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti