Azərbaycan, Bakı, 8 mart / Trend, müxbir M.Əliyev/
Şəmkir rayonunun Seyfəli kəndində ağır yol hadisəsi baş verib. Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı bildiriblər.
Ötən gün axşam kənd sakini Əli Zeynalovun idarə etdiyi "VAZ-2106" markalı və həmyerlisi İlqar Cabbarovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşublar. Hadisə nəticəsində xəsarət almış hər 2 sürücü və sərnişinləri Nahidə Zeynalova, Oruc Kazımov və Səlminaz Qasımova xəstəxanaya yerləşdiriliblər. Zeynalov, Cabbarov və Kazımov xəstəxanada ölüblər.
Hazırda Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.
Şəmkir Bakıdan 400 kilometr qərbdə yerləşir.