...

Bakıda müxtəlif cinayətlərə görə axtarışda olan şəxs tutulub

Hadisə Materials 5 Aprel 2011 12:42 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi rayonunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan Elçin Məmmədov tutulub.
Bakıda müxtəlif cinayətlərə görə axtarışda olan şəxs tutulub

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda müxtəlif cinayətlərə görə axtarışda olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi rayonunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan Elçin Məmmədov tutulub.

Onun ötən ilin dekabrında Binəqədi qəsəbə sakini İmran Mustafazadəyə məxsus mağazadan 300 manat pul, 3 mobil telefon və danışıq kartları oğurlaması, həmçinin Biləcəri qəsəbə sakini Vüsal Əkbərovun etimadını qazanaraq ondan 1200 man pul alması müəyyən olunub.

Onun barəsində cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti