...

Xaçmazda keçmiş həyat yoldaşını öldürən kişi saxlanılıb

Hadisə Materials 11 Aprel 2011 12:53 (UTC +04:00)
Xaçmazda keçmiş həyat yoldaşını qətlə yetirən kişi saxlanılıb.
Xaçmazda keçmiş həyat yoldaşını öldürən kişi saxlanılıb

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Xaçmazda keçmiş həyat yoldaşını qətlə yetirən kişi saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 9-da Xaçmaz rayonu Məhəmməd Əmin Rəsulzadə küçəsində Niyazabad kənd sakini Töhfənisə Abasovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.

Xaçmaz rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən mərhumun keçmiş əri Arif Abasov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti