...

Azərbaycanda vətəndaşları "Yəhova şahidləri" dini təriqətinə aid ədəbiyyatın satılmasına təhrik edən şəxs tutulub

Hadisə Materials 19 Aprel 2011 13:07 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 18-də Qax rayonu sakini Sərxan Qadaşov polis şöbəsinəərizə ilə müraciət edərək Vüsal Bəkirov tərəfindən "Yəhova şahidləri" dini təriqətinə aid ədəbiyyat və braşurların yayılmasına təhrik olunmasını bildirib.
Azərbaycanda vətəndaşları "Yəhova şahidləri" dini təriqətinə aid ədəbiyyatın satılmasına təhrik edən şəxs tutulub

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda vətəndaşları qadağan olunmuş dini təriqətə aid ədəbiyyatın satılmasına təhrik edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, aprelin 18-də Qax rayonu sakini Sərxan Qadaşov polis şöbəsinə ərizə ilə müraciət edərək Vüsal Bəkirov tərəfindən "Yəhova şahidləri" dini təriqətinə aid ədəbiyyat və braşurların yayılmasına təhrik olunmasını bildirib.

Qax RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Bəkirovdan təbliği və yayılması qanunla qadağan olunmuş 2 ədəd dini ədəbiyyat götürülüb və barəsində Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti