Azərbaycan, Bakı, 2 may /Trend, müxbir K.Zərbalıyeva/
Neftçalada qısqanclıq zəminində qətl olub.
Neftçala rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dünən axşam saat 22:00 radələrində rayonun Qaraqaşlı kənd sakini 16 yaşlı Sahib Baxışov həmkəndlisi Zamiq Həsənovu bıçaqlayıb.
Həsənov ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.