...

Azərbaycanda 10 kiloqram həşiş satan şəxs tutulub

Hadisə Materials 24 May 2011 12:42 (UTC +04:00)
Onun barəsində cinayət işi başlanıb.
Azərbaycanda 10 kiloqram həşiş satan şəxs tutulub

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda 10 kiloqram həşiş satan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verfilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Astara rayon polis şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İstisu kəndi ərazisində Ərçivan kənd sakini Emin Rəhimov 10 kiloqram həşişi satarkən tutulub.

Onun barəsində cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti