...

Bakıda saxta əskinaslar satan dəstə zərərsizləşdirlib

Hadisə Materials 12 İyul 2011 13:22 (UTC +04:00)
Bakıda dövriyyəyə külli miqdarda saxta əskinas buraxmaq istəyən dəstə zərərsizləşdirilib.
Bakıda saxta əskinaslar satan dəstə zərərsizləşdirlib

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda dövriyyəyə külli miqdarda saxta əskinas buraxmaq istəyən dəstə zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, metronun "Məşədi Əzizbəyov" stansiyasının yaxınlığında Cəlilabad şəhər sakini Səxavət İsmayılov, Bakı şəhər sakinləri Kamran Ələkbərov, Mirzəbala Ağayev və Bəhruz Bayramov 600 ədəd 100 manatlıq saxta əskinası 20 min ABŞ dollarına satarkən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti