...

Azərbaycan Ordusunun əsgərinin meyiti meşəlikdə asılmış vəziyyətdə tapılıb

Hadisə Materials 26 İyul 2011 13:06 (UTC +04:00)
Hərbi mənbədən Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin Lənkərandakı N saylı hərbi hissəsinin əsgəri 19 yaşlı Tağıyev Murad Sabir oğlunun meyiti dünən Masallı rayonu ərazisində Yanardağ restoranından 1 kilometr aralıdakı meşəlikdən tapılıb.
Azərbaycan Ordusunun əsgərinin meyiti meşəlikdə asılmış vəziyyətdə tapılıb

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ordusunun əsgərinin meyiti meşəlikdən tapılıb.

Hərbi mənbədən Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin Lənkərandakı N saylı hərbi hissəsinin əsgəri 19 yaşlı Tağıyev Murad Sabir oğlunun meyiti dünən Masallı rayonu ərazisində Yanardağ restoranından 1 kilometr aralıdakı meşəlikdən tapılıb.

Tağıyev bu ilin yanvarında Bakının Yasamal rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Mənbə bildirib ki, əsgər bir neçə gün öncə hərbi hissəni özbaşına tərk edib və meşəlikdə meyiti asılmış vəziyyətdə tapılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə əsgərin ölüm faktını təsdiqləyib və bildirib ki, məsələ araşdırılır.

Xəbər lenti

Xəbər lenti