Azərbaycan, Bakı, 30 iyul /Trend/
Siyəzəndə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə şənbə günü Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, iyulun 29-da saat 13:00 radələrində Siyəzən rayonu ərazisində rayon sakini Sücayət Qasımovun idarə etdiyi "KrAZ-65055-02" markalı, Qax rayon sakini Rizvan Rizvanovun idarə etdiyi "Mercedes" markalı və Şabran rayon sakini Namiq Şahverdiyevin idarə etdiyi "KamAZ-5511" markalı avtomaşınlar toqquşub. Nəticədə Qasımov aldığı xəsarətdən hadisə yerində ölüb, xəsarət almış Rizvanov isə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Siyəzəndə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib
Siyəzəndə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə şənbə günü Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
