...

Azərbaycan Səhiyyə Nazirliyi Hacıqabul rayonunda baş verən partlayışda yaralananların vəziyyətinə dair rəsmi məlumat yayıb

Hadisə Materials 10 Avqust 2011 11:39 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Hacıqabul rayonunda baş verən partlayışda yaralananlarla bağlı rəsmi məlumat yayıb.
Azərbaycan Səhiyyə Nazirliyi Hacıqabul rayonunda baş verən partlayışda yaralananların vəziyyətinə dair rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 10 avqust / Trend, müxbir M.Əliyev/

Azərbaycan Səhiyyə Nazirliyi Hacıqabul rayonunda baş verən partlayışda yaralananların vəziyyəti ilə bağlı rəsmi məlumat yayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova çərşənbə günü Trend-ə bildirib ki, hadisə yerində ümumilikdə 24 nəfər xəsarət alıb. Xəsarət alanlardan 2-si hadisə yerində dünyasını dəyişib. Yaralılardan 11-i Hacıqabul Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. O qeyd edib ki, onlardan biri - Gürcüstan vətəndaşı öz avtomobili ilə Bakı şəhər yanıq mərkəzinə gəlib, 4 nəfər isə sanitar-aviasiya ilə Bakıya yanıq mərkəzinə gətirib. "Yaralılardan biri - Etibar Səfərov bədən səthinin 100 faiz texniki yanığı, tənəffüs yollarının texniki yanığı diaqnozu ilə şok vəziyyətində mərkəzə daxil olub və həkimlərin səylərinə baxmayaraq, gecə saat 23.00 radələrində vəfat edib. Digər 3 nəfər yüngül xəsarət aldığı üçün onlardan ikisi evə buraxılıb, bir nəfər isə müvəqqəti olaraq nəzarətdə saxlanılır və bu gün evə buraxılacaq ", - Məmmədova qeyd edib.

Hadisə nəticəsində xəsarət alanlardan 8-i Kürdəmirin Mərkəzi Rayon Xəstəxanasına hospitalizə olunub. Onlardan dördünün vəziyyəti yüngül olduğu üçün ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər dörd yaralıdan birinin vəziyyəti ağırdır, iki nəfərin durumu orta-ağırdır, bir nəfər isə yüngül xəsarət alıb. Ötən axşam saat 23.00 radələrində onlar Bakıya yanıq mərkəzinə çatdırılıblar. Şirvan mərkəzi xəstəxanasına yerləşdirilən bir yaralıya ilkin yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Bakıya çatdırılıb. İki zərərçəkən isə Gəncə şəhərinə aparılıb. Onların vəziyyəti yüngül olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Xəbər lenti

Xəbər lenti